Göy üzündə çaxnaşma var,Yenə şimşək çaxasıdır.Neçə vüqar silkələyib,Neçə şöhrət yaxasıdır.

Çalxandımı bulud qanda,Haray qopar bu cahanda.Odlu qılınc bircə anda,Öz qınından çıxasıdır.

Elə ki, kişnədi çaxdı,Zirvələrin gələr baxtı.Qaya başında papaqdı,Duman qara çuxasıdır.

Tək şairdi fikrə dalan,Nədir onu dərdə salan?Soyuq vuran, açıq qalan,Çəmənlərin yaxasıdır.

Gəl çaxma, göylər şimşəyi,Kəs dolunu, kəs küləyi.Çiçək qəlbi, gül ürəyiYuxaların yuxasıdır.

1975, 22 noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar