Yarpaq
Budaq üstə yamyaşılbir dünyan vardı,Heyf sənə budağındandüşən yarpaq.Baxmaq olmur,sapsarıdı yanaqların,Ayrılığın həsrətindəbişən yarpaq.
Təbiətin payızınadözəmmirsən,Yaz xiffətiürəyini deşən yarpaq.Qurda-quşayem olmağın vaxtı çatıb,Sinəsini boz qanqallardeşən yarpaq.
Üşüyəndə isinməyəbudağın yox,Günəş öpən, meh oxşayandodağın yox.Güvəndiyin bir dağ vardı,o dağın yox,İndən belə susmaq olarpeşən, yarpaq.
2007, 15 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yarpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Reyhan ilə deyişməReyhan*İki aşıq bir meydanda tapılsa,