Reyhan ilə deyişmə
Reyhanİki aşıq bir meydanda tapılsa,Əyləşib sazlarm düzəldər bir-bir.Sual verib, cavabını alanda,Duruban meydanı gözəllər bir-bir.
HüseynAşıqlıq elmindən mən xəbərdaram,Aşmışam hər yerdə meydanı bir-bir,Yüz on dörd kitabdan almışam dərsim,Gəl sənə göstərim ayəni bir-bir.
ReyhanMüxənnəs gözlərə mənəm bir pıçaq,Çoxların salmışam meydandan qaçaq,Hanı mənim kimi bir gəndi qoçaq,Gələnlər yolların azallar bir-bir,
HüseynSona kimi sığal verib telinə,Nə cumubsan sən bu eşqin gölünə,Düşməyibsən kamil ustad əlinə,Sənə dar elərəm dünyanı bir-bir.
ReyhanMən Reyhanam, tapmamışam tayımı,Mərdlər itirməsin haqqı-sayımı,Götürmüşəm ərənlərdən payımı,Dediyim sözləri yazallar bir-bir.
HüseynYetmək olmaz Aşıq Söyün işinə,Belə sözlər çətin girər guşuna,Alım qucağıma, basım döşümə,Dərim ağ sinəndən püstanı bir-bir.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-semkirli-reyhan-ile-deyisme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahan*Söylə görüm haralısan?
Xaso xanımla deyişməXaso xanım*Başma döndüyüm, ay Aşıq Hüseyn,
Qarı ilə deyişməAşıq Hüseyn*Sənə qurban olum nənə,
Şəmkirli Aşıq Hüseynin Naxçıvan səfəriAşıx Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal- ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız, oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danışdırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var, gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.Dedi: