Qonşu qızdan qənd istədim:– Özüm qəndəm, balam, – dedi.– Qızarıbdı yanaqların,– Alma kimi alam, – dedi.

Dedim: – Səndə bu dil nəymiş,Dedi: – Qonşum əcəb bəymiş.Dedim: – Gözəl olur dəymiş,– Hələ tezdi, kalam, – dedi.

Dedim: – Məndə yoxdu dözüm,Dedi: – Sənə qurban özüm.Dedim: – Səni tutdu gözüm,– Dilim yoxdu, lalam, – dedi.

1973, 10 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri