Gözüm görə-görə kor olammaram,Baxıb görməyənə göz deməmişəm.Dilin ağasıyam, ürəyin qulu,Qəlbim hökm edəndə döz deməmişəm.

Düz sözə çoxları incidi, küsdü,Yayıldı, açıldı sirrinin üstü,Oda od deməmişəm, tüstüyə tüstü,Yandırıb-yaxmasa, köz deməmişəm.

Çiçəkli baharam, şaxtalı qışam,Soyuq bir nəzərəm, odlu baxışam.Tikanı olanı tikanlamışam,Gülə güldən artıq söz deməmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar