Bu payız yağışıdı, bu həftəlik yağışdı,Başladısa, deyəsən, kəsməyi gec olacaq.Göynədər ruhumuzu payızın ağrıları,Nəmli buludlar altda yaşamaq güc olacaq.Gəncliyin nə vecinə bahardı, yoxsa, qışdı,Görəsən, qocaların taleyi nə olacaq...

2000, 1 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar