Payız kövrəldəndi, bahar coşduran,Məni sərt eyləyən qış da gözəldir.“Ürəyin daşdırmı” – demə, ay insan,Duymağı bacarsan, daş da gözəldir.

Bir gözəl çıxanda çəmənə, düzə,Fikir ver yanağa, nəzər sal üzə.Gözəllik baxarmı əyriyə, düzə,Demə ki, əyridi, qaş da gözəldir.

Zəlimxan, olmasın nə ah, nə aman,Kədərdən ağlamaq yamandır, yaman.Sevincin qəlbini dolduran zamanYanaqdan süzülən yaş da gözəldir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar