Göz yetirdim, könül verdimYurdumun hər qarışına.Ürək dedi: “Uzaq durma,Qayna ona, qarış ona”.

At oynatdım eldən-elə,Duyğularım döndü selə.Yağı düşmən ölsə beləVermərəm bir qarış ona.

Vuruş-barış, qılınc-qalxan,Gör nələri görüb insan.Tarixləri yazıb zamanQayaların qırışına.

Çiçəyi nur, çəməni zər,Sözü təzə, nəğməsi tər.Torpaq özü həyat verərTorpağına qarışana!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən