Deyir bizə qanla sulanan torpaq:Şeri qələmlə yox, qılıncla yazaq.Olsun hər misrada qılınc kəsəri,Gəzsin qanad açıb, o cəbhələri...Orda nə göz yaşı, nə də ah olsun!İgidlər əlində o silah olsun.Ucaldıb, ey qafil, fəryad səsini,Oxuyub Qarabağ şikəstəsiniGəl, belə zarıma düşmən önündə.Doğma torpağını qaytaran gündəOxu o havanı, qoy əksi-sədanObalara düşsün, ellərə düşsün!Şadlıq səsimizi dünya eşitsin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən