Gurlayan toppuz səsidirQarabağın şikəstəsi.Koroğlunun nərəsidirQarabağın şikəstəsi.

Qəhrəmanlıq himnimizdir,Təlatümlü bir dənizdir,Babalardan töhfəmizdirQarabağın şikəstəsi.

Xalqımızın nəfəsidir,Elin sənət türbəsidir,Bülbülün zənguləsidirQarabağın şikəstəsi.

O, müzəffər bir ordudur,Qarabağ onun yurdudur,Zirvədən çağlayan sudurQarabağın şikəstəsi.

Məşəl kimi yana-yanaOd verir o ruha, cana,Biz dönürük qəhrəmanaDinlədikcə bu gur səsi.Can Qarabağ şikəstəsi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən