Qol çırmayıb sən tarlaya çıxandaSəs yayılır hər mahala, Sürəyya.Ağ pambığı becərəndə, yığanda,Gəlməyəsən heç zavala, Sürəyya.

Əməyin azad,Diləyin azad.Ay ellər qızı,Bu şən ölkəminBəxtəvər qızı!

Şöhrətindən bu el, oba danışır,Kolxozçular məhsul üçün yarışır,Tarlalarda tər torpağa qarışır,Çatmaq üçün bu vüsala, Sürəyya.

Əməyin azad,Diləyin azad.Ay ellər qızı,Bu şən ölkəminBəxtəvər qızı!

Nə xoşbəxtdir bar yetirib dərənlər,Bu dünyada azad ömür sürənlər,Döşündəki ulduzunu görənlər,Əhsən deyir bu cəlala, Sürəyya.

Əməyin azad,Diləyin azad.Ay ellər qızı,Bu şən ölkəminBəxtəvər qızı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən