Çöldə, düzdə qaçaram,Hər qapını açaram.İstəsəm ağaclarıKökündən qopararam.İstədiyim tərəfəAdam da apararam,Adımı tapın görəkSöyləyin nəyəm?.. (külək)

Əvəllər yaşıl olurSonra qızıl tək sarı,İnsanlar deyir onaXalqın dövləti, varı,Nə suyu vardır onunNə də üzən gəmisi,Uşaqlar onun adıNədir? (taxıl zəmisi)

Məni sevən hər kəsinİşi çox asan olur.O, hər işi bacaran,Yaxşı bir insan olur.Uşaqların çoxusuAdımı bilir əlbət,Tanımayan var isəTapsın adımı... (zəhmət)

Məni sevən hər insanÇatır şöhrətə, adaMənim köməyimlə o,Xoşbəxt olur dünyada.Ağıllı adamlarınDostuyam həmişəlikAxtarın, tapın indiAdımı, nədir?.. (bilik)

Boynum uzundur,Bədənim gödək.Gözlərim iri,Qulaqlarım şək,Görübsünüzmü?Məni bir dəfə?Tapın adımıNədir? (zürafə)

Nə ağzı var, nə dili,Amma bilir hər dili.İstəyirsən danışdırO hamıya tanışdır.Ağzında çox mahnısı,Çoxlu sözü var onun,İki dənə düyməsi,Bircə gözü var onun. (radio)

Qaldırdığım yük,Özümdən böyük,Yerin altındaYaşayaram mən,Çör-çöp tapan tək,Ora sevincəkDaşıyaram mən. (qarışqa)

Yanağım yamyaşıldır,Dodağım qıpqırmızı.Kim sevməz bostandakıDeyin, şirin. (qarpızı)

Havada süzər,Quruda gəzər,Su görsə üzər,Tapınız görək,Bu nədir?.. (ördək)

Qanadları var, –Ala-bəzəkdir.Oylağı güldür,Çəmən-çiçəkdir.Amma, nədənsəÖmrü gödəkdir.Kim tapar nədir?O... (kəpənəkdir)

Güldən, çiçəkdənXoşum gəlir çox,İşləməkdə heç,Bərabərim yox.Bütün il boyuYığdığım varı,İnsanlar ilə,Bölürəm yarı.Kim deyər mənimAdımı?.. (arı)

Dağlarında bahar, yaz,Əriməyən qar olur.Bağlarında min cürəMeyvə olur, bar olurÇoxdur çayı, çəltiyi,Portağalı, limonu,Uşaqlar, fikirləşin,Görək kim tapar onu? (Lənkəran)

Yolunda dağ, dərə var,Çoxluca mənzərə var.Maşınlar düşür yola,Hey burula-burula,Böyük şairlər veribXalqımıza bu şəhər,Onun adını görəkKim hamıdan tez deyər? (Şamaxı)

Bura nə gəmi üzür,Nədə ki, qatar gedir.Dağları aşa-aşaSaysız maşınlar gedir.Onun gözəl nemətiİncə, zərif ipəkdir.Bu şəhərin ipəyiAzərbaycanda təkdir.Onun adını görəkKim birinci deyəcək? (Nuxa)

Arazın sahilində,Bir şəhər var uşaqlar,Adı, sizə şübhəsizLap çoxdan tanış olar.Buranın daş duzununQiyməti çox böyükdür.Bütün vətənimizdəŞöhrəti çox böyükdür.Görək kim tez tapacaqFikirləşiniz ancaq. (Naxçıvan)

AzərbaycandaVar iki dəniz:Biri Xəzərdir.Biri? Bilsəniz?.. (Mingəçevir dənizi)

Şəhər gözəldir,Şəhər təmizdir.Bu bizim doğmaŞəhərimizdirQazanmışdır ad,Boru, saf poladVerir hər yana.RespublikamızAzərbaycana. (Sumqayıt)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri