Başa qapaz, üzə şillə,Döşə yumruq, gözə gülləKim vurursa öyünməsin!Dilə qıfıl, ələ zəncir,Kürəyə yük, qola kəndirKim vurursa öyünməsin!Elə zərbə, xalqa təpik,Boş şöhrətə yersiz çəpikKim vurursa öyünməsin!Yersiz gəlib yer tutanlar,Göysüz gəlib göy tutanlar,Cəmiyyətə toy tutanlarÖyünməsin!Öyünməsin!Unudulmur bu dünyadaNə toy günü, nə yas günü!Qiyamətə qala bilməzQisas günü!!!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri