Gözəlləşdirər
Baxarsan bağ olar quru səhralar,Eşqimiz bu bağı gözəlləşdirər,Qəlbimiz qələmə təpər gətirər,Sözümüz varağı gözəlləşdirər.
Dünya dilimizə danışıq verər,Axşam od paylayar, dan işıq verər,Şəvə saçımıza dən işıq verər,Yüz qara bir ağı gözəlləşdirər.
Durular, saflaşar qəlbin aləmi,Heç olar kədəri, puç olar qəmi,Yerdə şehə dönər buludun nəmi,Damlası yarpağı gözəlləşdirər.
Duyğular köklənər inamın üstə,Gecə də gün doğar ilhamın üstə,Ürək yandırarıq hər şamın üstə,Nurumuz çırağı gözəlləşdirər.
Yer bizim, göy bizim, neçə ki varıq,Ətəkdə çiçəyik, zirvədə qarıq.Dünyadan köçəndə yaddan çıxmarıq,Ruhumuz torpağı gözəlləşdirər!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozellesdirer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bağlar arasından cığırla, izləMəktəbə getdiyim günlər olaydı.
Müxəmməs-tərcinüma: Ey şövqi-ruxun gün kimi əşyaya mücəllaEy şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın