Qış keçəndə yağar yazın yağışı,Qarışar axına, haraya dağlar.Sellərin səsindən ayağa qalxar,Çağırar aranı haraya dağlar.

Qanadı altında qar tala-tala,Sənsən, layiq deyil qartala tala.Əriyər sinəndə qar tala-tala,Çəkər dərələrin haray, a dağlar.

Dillənsə yanında telli saz, ya tar,Tellər layla çalar, qayalar yatar.Qayalar dillənər, qayalar yatar,Harayın yetişər haraya, dağlar!

1972, 14 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri