Yaxın gəl, qadanı yar alsın sənin,Nə qədər istəsən yarından yarı.Qara keşiş təki qaralsın qanı,Hər kəs ayrı salsa yarından yarı.

İnsanlıq eləyər, qanandı, sayar,Şirin can sadağa, qanandısa yar.Yaxşılıq qazanar, qanandısa yar,Kəsər tikəsini yarınnan yarı.

Aylar keçdi, illər gəldi, nə yaxşı,Nə Əslisən, nə Leylisən, nə Yaxşı.Yadın sənə nəyi yaxşı, nə yaxşı,İstə, istəyəndə yarından yarı1.

1972, 16 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri