Dönə-dönə
Gəldim hüzuruna, ay çiçəkli dağ,Dolandım qoynunda mən dönə-dönə.Gəzdi saçlarımda səhərin mehi,Hərləndi başıma çən, dönə-dönə.
Sənə vurğun olmaq adətdi məndə,Gərək sevgisinə qul ola bəndə.Hər bulaq başında, hər göy çəməndə,Qurdun məclisimi sən dönə-dönə.
Zəlimxan istər ki, xəyala varsın,Fikrinin gücüylə dağları yarsın.Sənin qarın kimi, birdən ağarsın,Düşməsin saçıma dən, dönə-dönə.
1972, 8 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-done-done
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gəlin bu dünyanın gözəlliyiniNəsildən-nəsilə töhfə saxlayaq.
Gözəl yayDodaqlarında yarın incə bir təbəssüm var naappim,Təmiz səmadə günəş sanki, şövqilə oynar.
BahariyyəBir belə mövsümdə bahar çağdaHeyf deyil baş qala təpraqda
MənimAdəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,