Sazbənd Murada
Mənim vəfalı sazbəndim,Dərdimdən halı sazbəndim,Dil açsın xalı, sazbəndim,Saz düzəlt bu tutdan mənə.
Kim çalıb dindirib sazı,Kim kökə mindirib sazı,Kim göydən endirib sazı,Xəbər ver Qorquddan mənə.
Yanan nəfəs istəyirəm,Coşan həvəs istəyirəm,Şirin bir səs istəyirəm,Nə fayda sükutdan mənə.
O mənim könlümün varı,Elimin meyvəsi, barı.Saz istərəm, durnalarıEndirsin buluddan mənə.
Tut ağacı tutum olsun,Taxtaları qutum olsun,Saz özü tabutum olsun,Pay umma tabutdan mənə.
Sazı şumla, ək, Muradım,Saza sığal çək, Muradım,Bu sazı, Kövrək Muradım,Baha sat yaqutdan mənə.
2002, 20 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sazbend-murada
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gün sənin eşqinə açılıb doğan səhər,Bu gün səndən danışır oba, oymaq, kənd, şəhər.
ÖmrümÇəkməlisən, çək yükünü dünyanın,Şair ömrüm, ozan ömrüm, hac ömrüm.
BənzətməŞair dostum Musa Yaquba*Qardaşıma bir bənzətmə tapmışam,
Bu kişiİstəkli həyat yoldaşını itirmiş 70 yaşlı bir kişini*zülüm-zülüm ağlayan gördüm*
Başqa şairlərin şeirləri
Aşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,