Qarşıda bir yaşıl yaylaq,göydə Allah, yerdə mən,Dilim, burda sən danışma,qoy ürəyim danışsın.

Arıya bax, çiçəklərinecə basıb bağrına,Gülüm, burda sən danışma,qoy ürəyim danışsın.

Bu mənzərə Tanrı taxtı,şah təbiət, qul insan,Qulum, burda sən danışma,qoy ürəyim danışsın.

Kimlər keçir xəyalımdan,nələr keçir içimdən,Çölüm, burda sən danışma,qoy ürəyim danışsın.

Aşıq, kiri, söz, dillənmə,mizrab, dayan, pərdə, sus!Telim, burda sən danışma,qoy ürəyim danışsın.

Dəli sevdam, havalanma,yığ ağlını başına,Dəlim, burda sən danışma,qoy ürəyim danışsın.

Huşum uçar, ağlım çaşar,ruhum çıxar bədəndən,Ölüm, burda sən danışma,qoy ürəyim danışsın.2002, 8 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri