Seyrə çıxar şairlərin xəyalı,Gəzər yenə bu bağların içində.Qızılgülün yanağından yayınmazNəzər yenə bu bağların içində.

Yarpaq saxlar harayını, ününü,Gül əridər qəzəbini, kinini.İnsan olan öz ömrünü, gününüBəzər yenə bu bağların içində.

Sevər, duyar həqiqəti, doğrunu,Yox eyləyər hər acını, ağrını.Qoca bağban dərdin-qəmin bağrını,Əzər yenə bu bağların içində.

1974, 7 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar