O gəlirsə, dedi-qodu gəlir, demək,Baxışda kin, dildə zəhər gətirəcək.

Kim əzildi, kim vuruldu, kim yıxıldı,Bircə-bircə dildə əzbər gətirəcək.

Ölən varsa, qoymaz bir saat keçə,Ölüm-itim, qəza-qədər gətirəcək.

Canı çıxar, dilindən bir xeyir gəlməz,Şərdən deyib, şər oğlu şər gətirəcək.

Ömrü boyu şad xəbərlə arası yox,O gəlirsə, qara xəbər gətirəcək.

2004, 20 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri