Yetişməz
Yüz harayla əldən çıxan gəncliyi,O vaxt dönməz, o ərəfə yetişməz.Min tərəfə fikrin gedər, qayıdar,Əli gedib bir tərəfə yetişməz.
Cavanların tayı-tuşu cavanlıq,Şirin ömrün şax duruşu cavanlıq,Başımızın şahlıq quşu cavanlıq,Ömür bir də o tərəfə yetişməz.
Keçər gecə, yavaş-yavaş atar dan,Can üzülər, kəsilərsən tutardan,Uçan durnan ayrılıbsa qatardan,Eşqin gedib səfdən-səfə yetişməz.
Dərdi olan yarasını duzladı,Şaxta vurdu, damar-damar buzladı.Sədəfli saz sızım-sızım sızladı,Əl nə saza, nə sədəfə yetişməz.
Sevgi adlı qibləyə tut üzünü,Nəyin varsa, de, dünyaya sözünü.Ay Zəlimxan, nahaq yorma özünü,Heç bir arzun son hədəfə yetişməz.
2003, 29 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yetismez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Oyan, tər çiçəklər oda düşəndə,Oyan, saf duyğular yada düşəndə,
ÜrəkdəElə ki, tuş gəldin od baxışlara,Əriyər, sellənər buzlar ürəkdə.
Oynama, bala!Mən sazın ruhundan qopan adamam,Mən sazın ruhuna hopan adamam,
Təzə xəbərYarın yardan inciməyi, gülüm, təzə xəbər deyil,Səndən ayrı çəkmişəmsə zülüm, təzə xəbər deyil.
Başqa şairlərin şeirləri
A gül şaxı, yaşıl yarpaq açmısan,Nə xoş olur, qönçələrin olaydı.
Eyş üçün bir türfə mənzildir bahar əyyamı bağEyş üçün bir türfə mənzildir bahar əyyamı bağ,Onda tutsun qönçəvəş hər kim ki, eyş istər otağ.
Rudəkidən iqtibasBir cavan qocaya dedi: – Ay əmi,Az güldür özünə qızı, qarını.
AğlayıbdırSəhərdən vardım köyünəGördüm yarım ağlayıbdır