Olan olub, tutduğuma peşmanam,Məni yaxın yar alarmı, bilmirəm?Təzələyib bir aldığım yaranı,Bir də üstdən təzələrmi, bilmirəm?

Öz əlimlə kökdən saldım telimi,Sevinərmi yar ağ görsə telimi.Sızıldayan ürəyimin telimi,Göz-göz olan yaralarmı, bilmirəm?

Ya eşqini imtahan et, ya sına,Gəl bürünmə bir sevginin yasına.Ay Zəlimxan, ya kövrələ, ya sına,Sınıq könlü yar alarmı, bilmirəm?

1972, 16 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq