Yanğı üstə bəstələnən sətirlər
Yarıb çıxıb cövhərindən, canından,Dodağında istilənən sətirlər.Bir az oddu, bir az közdü, bir az qor,Yanğı üstə bəstələnən sətirlər.
Gödək ömrü qəlbin qəmi yandırır,Dərdin çoxu, bəxtin kəmi yandırır.Gah dəftəri, gah qələmi yandırır,Varaq-varaq dəstələnən sətirlər.
Keçib gedir baharımdan, qışımdan,Keçib gedir taleyimdən, yaşımdan.Duman kimi qalxır mənim başımdan,İçərimdə tüstülənən sətirlər.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yangi-uste-bestelenen-setirler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Ey fələk, pərdəmi yırtma, et həzər!
ÜzüldüGecə-gündüz intizarın çəkməkdən,Yolun gözləməkdən canım üzüldü!
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Rüzgarlar, dalğalarRüzgarlar dalğaların könül sirdaşı olmuş,Dalğalar rüzgarların ömür yoldaşı olmuş.