İpək təbiətin yoxsa dünyada,Qumaşı, ipəyi məndən gözləmə.Çiçək təravətin yoxsa dünyada,Bir gülü, çiçəyi məndən gözləmə.

Qoymadın oynadam qoşa qolumu,Bağladın sağımı, kəsdin solumu.Sən ki gözləmədin mənim yolumu,Dünyada heç nəyi məndən gözləmə.

1977, 9 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar