Günəşə bax
Oğlum Şəhriyara və o yaşda olan bütün oğullarımıza
Dan sökülür, Günəş doğur,Günəşə bax, mənim balam!Varlığını nurdan yoğur,Günəşə bax, mənim balam!
Parlasın göylərin zəri,Süz doyunca üfüqləri,Yığ qəlbinə şəfəqləri,Günəşə bax, mənim balam!
İşığı bol olan ürək,Yurda oğul, elə dirək,Gözlərinə şəklini çək,Günəşə bax, mənim balam!
Süzüləndə göydən işıq,Dünya tapır bir yaraşıq.Yerə vurğun, göyə aşiq,Günəşə bax, mənim balam!
Günəş qədər istin olsun,Günəş olmaq qəsdin olsun.Günəş kimi dostun olsun,Günəşə bax, mənim balam!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gunese-bax
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dəli könül, qalx ayağa, məclisi alşan eylə.Bülbül kimi gül eşqinə naləvü-əfğan eylə.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Azərbaycan, AzərbaycanDağlarının başı qarlı,Sinəsi yaşıl ormanlı!
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,