Bu dağların
Buz bulaqlar aynasıdı,Şüşəsidir bu dağların.Könülaçan göy çəməni,Meşəsidir bu dağların.
Hər yana açılar qolu,Gen sinəsi sözlə dolu.Çaxan şimşək, yağan doluNəşəsidir bu dağların.
Hey baxar yollara doğru,Yaman şeydi həsrət, ağrı.El gəlməsə, qara bağrıBişəsidir bu dağların.
Asan deyil yaşa dolmaq,Min illəri yola salmaq.Qocalsa da, cavan qalmaqPeşəsidir bu dağların.
1977, 10 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bu-daglarin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Torpaq quruyurdu, yağdı yağışlar,Güllər üşüyürdü, günəş göründü.
OxşarlıqYadlar söhbətindən sıxıldı qəlbim,könlümün həsrəti
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.