Haqqa sirdaş ola bilsən,Qismətinə bəxt güldürən,Qızıl bir balıq gələcək.Dadına Tanrı çatacaq,Hayına xaliq gələcək.Haqqa sirdaş ola bilsən,Üzə ağlıq, qəlbə saflıq,Başa ucalıq gələcək.Sənə doğru gülə-gülə,Sakit könül, rahat ömür,Şirin qocalıq gələcək.

2003, 21 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq