İlk andımız, son andımız Turandı
Təntiməyin, tələsməyin, çaşmayın,Yerli-yersiz həddinizi aşmayın,Qazan gəlib qaynamamış daşmayın,Yoldaşımız səbir, dözüm olacaq,Bugün-sabah dünya bizim olacaq.
Vaxt Təbrizin, dünya Ərkin dünyası,Yol Tanrının, haqqı dərkin dünyası,Əvvəl-axır dünya Türkün dünyası,Üç gün, beş gün gecim-tezim olacaq,Bugün-sabah dünya bizim olacaq.
Şəhid verin, qurban verin, can verin,Cansızlara şah damardan qan verin,Gəmi kimi sahillərə yan verin,Müidəçilər düzüm-düzüm olacaq,Bugün-sabah dünya bizim olacaq.
Düşmən məni düz düşünməz, çaş anlar,Haqq sözümü qaya duyar, daş anlar.Qayıdacaq Çin səddini aşanlar,Tarixlərə təzə sözüm olacaq,Bugün-sabah dünya bizim olacaq.
Keçidlərdə ocağımız səngidi,Yoxuşlarda nəfəsimiz təngidi,Tarix bir az haqq sözündə ləngidi,Həqiqətlər çözüm-çözüm olacaq,Bugün-sabah dünya bizim olacaq.
Yeni düzən, yeni mizan qurandı,İlk andımız, son andımız Turandı,Soraq verən peyğəmbərdi, Qurandı,Nə yozulsa xeyrə yozum olacaq,Bugün-sabah dünya bizim olacaq.
Qovuşacaq bölünənlər, bölgələr,Nurlanacaq qaranlıqlar, kölgələr,Diriləcək Oğuzxanlar, Bilgələr.Türkə səcdə, Türkə təzim olacaq,Bugün-sabah dünya bizim olacaq.
2004, 6 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ilk-andimiz-son-andimiz-turandi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Zülfünlə nə çox qəlbi, de, viran etdin!
Daş qəlbli insanları neylərdin, İlahi?!Daş qəlbli insanları neylərdin, ilahi?!Bizdə bu soyuq qanları neylərdin, ilahi?!
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
به عذر روی نهادم پس از هزار گناهچه شوخ چشم کسم لااله الاالله