Yandı
Dünyanın dərdini çəkdi duyanlar,Belində zamanın şələsi yandı.Əridi, töküldü, əsdi, titrədi,Yananda hər zaman beləsi yandı.
Ağardı ahından dağların başı,Dindirdi naləsi torpağı, daşı,Axdı sinəsinə Əslinin yaşı,Qara gözlərinin giləsi yandı.
Zəlimxan, meydanı genişdir qəmin,Çalış azalmasın söhbətin, dəmin,Özü yad ellərdə yanan Kərəmin,Ərzurum dağında Lələsi yandı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yandi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Məhəmməd Hadiyə
«Ey ol vaxtı görən məsud, unutma bizləri yad et,…Məzarım üzrə gəl, dur qəmli-qəmli ağla, fəryad et».
Mərd oluBizim elin dəliləriGirər meydana mərd olu,
Müxəmməs: Dila, etmə təvəqqe rastguluq qanda qalmışdırDila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Sən düzə çıxandaElim başdan-başa yazdır.Əlimdə üç telli sazıdr,