Bu adın işığındanŞəmsim tutub gəlirdi,İlahi elmləriürəyindən keçirib,Canını, cövhərininura qatıb gəlirdi.Əliboş çıxmaq olmazmüqəddəs səfərlərə,Qəlbi, ruhu, varlığı,eşqi dolu gəlirdi.Qədim AnadoluyaGözlərinin nuruyla,Qəlbinin qüruruyla,İkinci bir möhtəşəmAnadolu gəlirdi.

Təbrizdən Bağdada, Bağdaddan Şama,Gah uçur, gah da ki, yeriyirdi Şəms.Yağ kimi əriyib yerə hopurdu,Mum kimi yumşalıb, əriyirdi Şəms.

İlahi bir eşqin pərvanəsiydi,Uçan Şəms, dönən Şəms, döndərilən Şəms.Bir səsin eşqinə qalxıb gedirdi,Göndərən haqq idi, göndərilən Şəms.

Hardan qayıdırdı, hara gedirdi,Onu hər diyara eşq aparırdı.Hara gedirdisə insan oğluna.Qəlbində nur dolu köşk aparırdı.

Bütün kitabları vurmuşdu başa,İnsanı kitabtək oxumuşdu o.Fikrin, düşüncənin üfüqlərində,Danışan mələkdi, uçan quşdu o.

Ruhların Təbrizdə doğan günəşi,Gəl deyən, çağıran səsə gedirdi.Enişlər, yoxuşlar yoranda onu,Dolama yolları kəsə gedirdi.

Gözündə göylərin ağ ulduzları,Qəlbində bir sönməz atəş gedirdi.Çatırdı dadına yol mələkləri,Başının üstündə Günəş gedirdi.

Böyük həqiqətə qovuşmaq üçün,Qərib bir yolçunun yolluğuydu bu.Tanrı eşqinəydi hər nəyi varsa,İnsanın Allaha qulluğuydu bu.

Elm ilə, eşq ilə dolu olanlar,Tanrı vergisindən yaxşı halıydı.Yolda qoyardımı Yaradan onu,Şəmsi mənzilinə çatdırmalıydı.

Bilirdi dilini bütün dillərin,Yer dili, göy dili, təbiət dili.Dünyada nə varsa danışdırırdı,Onun sevgi dili, məhəbbət dili.

Bəzəkdi, qabıqdı çöldə nə varsa,Çölündən içinə doğru gedirdi.Əkirdi, səpirdi, biçirdi ömrü,Əkinə, biçinə doğru gedirdi.

Onun gəlişiylə Anadoluya,Haqqın əfsanəsi, Şəmsi gəlirdi.Yer üstə yeriyən bir xəzinənin,Nəfəsi, ləhcəsi, ləmsi gəlirdi.

Şərqin tükənməyən sevgisi, eşqi,Savaşı, barışı, döyüşü, məşqi.Bağdadı, Hələbi, Şamı, Dəməşqi,Yığılıb bir yerdə hamısı gəlirdi.

Təpədən-dırnağa nur oğlu nurdu,Sel kimi havalı, çay kimi gurdu.Yerdə yeriyirdi, göydə uçurdu,Həm ocaq, həm torpaq, həm su gəlirdi.

İlahi sevgilər nə imiş, Allah,Yerdə sən yanırsan atəş yerinə.Axan ulduzlarla sən də axırsan,Göydə sən yanırsan Günəş yerinə.

Bir şam əriyəndə sən əriyirsən,Yanırsan odlara pərvanə kimi.Həqiqət olsa da sevgin, kədərin,Düşürsən dillərə əfsanə kimi.Səhra alışanda, qum qovrulanda,Qum kimi qovrulur haqq aşiqləri.Tufan qabaranda, külək əsəndə,Göylərə sovrulur haqq aşiqləri.Hər daş parçasında nəbzi döyünür,Odu səhralara yaraşıq verir.Sellərə dönəndə gözünün yaşı,Seli dəryalara yaraşıq verir.

Hər dəfə Tanrıya yaxınlaşanda,Təzədən doğulur haqq aşiqləri.Səs kimi yayılır dünya üzünə,Nur kimi dağılır haqq aşiqləri.Şəmsim də beləcə yol yeriyirdi,Dağları, daşları aşıb gedirdi.Zirvədə qar kimi təmizlənirdi,Dərədə çay kimi daşıb gedirdi.Mələklər gedirdi onunla birgə,Mələyə, fələyə, torpağa, suya,İlahi nəğmələr qoşub gedirdi.

Yer göyə, damla dəryaya, zərrə küllə, qərib vətənə,qartal zirvəyə, quş yuvaya can atan kimi Şəms də dağ-ları, düzləri aşa-aşa, çayları-selləri keçə-keçə, bulaqlarıngözündən içə-içə, ağacların kölgəsində dincələ-dincələadını eşitdiyi, üzünü görmədiyi həzrəti Mövlanaya canatırdı. Onunla görüşmək arzusu ilə alışıb-yanır, qəlbin-dən keçən, dodağında pıçıldayan misralar səhra külək-lərinə qoşulub, qanadlanıb uçurdu. Şəmsin dodağındanbu misralar süzülürdü:

Ey ulu Mövlana, səsimə səs ver,Göstər işarəni, harda görüşək?Ya mən göyə qalxım, ya sən yerə en,Harda qərar tutsan orda görüşək.

Ayrılıq ürəyə vurmasın zədə,Dədələr yerində əyləşsin dədə.Həqiqət adlanan uca zirvədə,Məhəbbət adlanan nurda görüşək.

Göstər, ululardan ulunu göstər,Uluya yar olan qulunu göstər.Yanmağın, bişməyin yolunu göstər,Ocaqda, atəşdə, qorda görüşək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq