Təki gələn mələk olsun
İldə bir də çıxmaq olar,bir fəsildə beş dəfə də.Təki dolan bulud olsun,təki çaxan şimşək olsun.
Gənclikdə də sevmək olar,cavanlığı ötəndə də,Təki ümid qapısınıaçıb gələn mələk olsun.
Payızda da duymaq olartəbiəti bahar kimi,Təki sənin vurulduğun,sevdiyin bir çiçək olsun.
Bir zərrə qum dənəsindəbir səhranı görmək olar,Təki səndə dünya boydaçırpınan bir ürək olsun.
Zirvə eşqi müqəddəsdi,yarıyolda qoymaz səni,Təki sənin ürəyindəsaf bir arzu-dilək olsun.
Nə təhqirlər, nə zəncirlər,nə kəndirlər sıxmaz səni,Təki sənin istəyincədönən çərxi-fələk olsun.
Sınma, səni sındırmağacəhd eyləsə nadan, naşı,Təki səndə dəmir əzən,zəncir qıran bilək olsun.
Həqiqəti susdurmağagücü çatmaz bəndələrin,Təki ulu Yaradanınözü sənə kömək olsun.
2006, oktyabrKislovodsk
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-teki-gelen-melek-olsun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ayrılıq anları gəldi, yetişdi,Vaxtı zərrə-zərrə böl, ay Zəlimxan!
ArzuBir də gəzəm Savalan ətəklərində,Yusif ola, Səfər ola, Süleyman ola!
Bakıdan gəlmişəm, Şəhriyar babamÜzünü heç zaman görəmmədiyin,Bircə çiçəyini dərəmmədiyin,
Savalan məndədir, mən SavalandaBu gün Savalanın zirvəsindəyəm,Bu gün Savalanın ətəyi mənəm.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.
Anbardara xitabXuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
TiflisQəm çəkmə, könül, gər ciyərin qanə dönübdürƏyyami-vüsalın şəbi-hicranə dönübdür.
Sən hacıynan, mən hacıBir gün haqqın surun aldıq sən hacıynan, mən hacı,Haqq gəlincə suru çaldıq sən hacıynan, mən hacı.