Gəl gedək
Dünya duracaq yer deyil,Ey can, səfər eylə.Nəsimi
Köçünü dağlara sürdük, tanıdıq,Hər cür meyvəsini dərdik, tanıdıq,Bu dünya buydusa gördük, tanıdıq,Gəl gedək,gəl gedək,gəl gedək, lələ.
Ürək ağrıdadı, könül sancıda,Kimdi talanmayan bu talançıda.Kim ölüb haqdadı, kim yalançıda,Gəl gedək,gəl gedək,gəl gedək, lələ.
Yorub bu yolları, yorğunlar gedib,Məcnunlar, Məftunlar, Vurğunlar gedib.Bu dünya üstündə qırğınlar gedib,Gəl gedək,gəl gedək,gəl gedək, lələ.
Dünya geyiləsi bir əba deyil,Dünya dartılası araba deyil,Dünya düzələsi xaraba deyil,Gəl gedək,gəl gedək,gəl gedək, lələ.
Ah çəksək, ahımız fələyə çatmaz,Gücümüz daşınan şələyə çatmaz,Kərəmin harayı Lələyə çatmaz,Gəl gedək,gəl gedək,gəl gedək, lələ.
2006, 5 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gel-gedek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məşriqü Məğrib müsəxxərdir sənə,Dövləti-nüsrət müqərrərdir sənə,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Nigârâ gözünden bu ohlar hatâdurNigârâ gözünden bu ohlar hatâdurBizüm höd işimüz kazâya kazâdur