Girdi şəhər qapısından,göz sevindi gördüyünə,Şükür dedi, bu fürsətihaqqın ona verdiyinə.Zarafatmı gecə-gündüzaylar ilə yol gedəsən,Sevinirdi haqq diləyinbəhrəsini dərdiyinə.

Konya bu gün aşıb-daşır,qaynayırdı qazan kimi,Oxuyurdu hər döngəsiqopuz üstə ozan kimi.

Gəlib çata bilməsəydigözü-könlü sevən yerə,Şəmsim payız yarpağıtəksaralardı xəzan kimi.

Öz alnının yazısıydıonu bura çəkən qüdrət,Kimdi yazan bəxtimizitale özü yazan kimi.

Nə çıxacaq qarşısına,ürəyindən nələr keçir,Sızırdı duyğular qəlbə,damla daşdan sızan kimi.

Hara dönür, hara baxır,Mövlananın ətri gəlir,Eşqi uçurdu göylərə,haqqa çatan əzan kimi.

Görən kimi tanıyardıonu qaynar baxışından,Mövlanamız neçə dəfəonu röyada görmüşdü.

O, sərrafdı, bir tük beləgözlərindən yayınmazdı,Başı min bəla çəkmişdi,gözümin qada görmüşdü.

Ayağında dəmir çarıq,əlində bir dəmir əsa,Səmərqənddən çıxan günü,qumlu səhrada görmüşdü.

Gah batırdı, gah çıxırdıdalğaların arasından,Mahir üzən qəvvas kimicoşan dəryada görmüşdü.

Hər girəndə yuxusunanə aləmlər yaradırdı,Şəmsi ayrı tamaşada,başqa dünyada görmüşdü.

Payızın yavaş-yavaşqışa dönən çağında,Tanrının dualarıdilində, dodağında.Şəmsim Konyaya gəldilO, Konyaya varınca,Sanki yeni doğuldu,təzə dünyaya gəldi.Konya imanla dolubir irfan şəhəriydi,Alim qədrini bilən,şairə qiymət verən,Ürəyə işıq salıbağıla ziynət verən,Bir iman şəhəriydilSultanı şair idi,şairi sultan idi,Alimi, üləmasıdillərdə dastan idi.Bu gün Şəmslə açıldıburda doğulan səhər,Onu bağrına basdıKonya adlı bir şəhər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri