Kimi
Gözümün qarası, sarısı getdi,Mən sənin qəlbinə hopana kimi.Ömrümün, günümün yarısı getdi,Qayıdıb özümü tapana kimi.
Xeyrin ayağından hər gün şər çəkib,Dünyada nə dərd var bu bəşər çəkib.İndi düşünürəm, gör nələr çəkibFərhad o dağları çapana kimi.
Təkcə yaşamağa yaranmır insan,Yaşatmaq heç kəsə gəlməsin asan.Min tilsim qalası dağıtmalısanBir sevgi sarayı yapana kimi.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir