Çəkər
Aşıq el oğludu, el anasıdı,Qəlbindən fərəhlə qəm şirə çəkər,Bağban da özüdür, bağ da özüdür,Həm çiçək yetirər, həm şirə çəkər.
“Yanıq Kərəmi”ni gətirsən dilə,Əriyər odunda dağ gilə-gilə.İncə barmaqların dad verər zilə,Usta əllərindən bəm şirə çəkər.
Zəlimxan yollarda min köhlən yora,Qəlbi düşən deyil heç zaman tora.Çəkməz nanəcibə, çəkməz nankora,Çəksə Ələsgərə, Şəmşirə çəkər!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ceker-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Bülbülün naleyi-cansuzuna bais gül imişBülbülün naleyi-cansuzuna bais gül imiş,Gülə həm aşiqi-sərgəştə olan bülbül imiş.
Ey gül, sənə yoxdur bu nəzakətdə qərinəEy gül, sənə yoxdur bu nəzakətdə qərinə,Kuyin çəməni tənə vurar xüldi-bərinə.
Mürəbbe: Qanlı fələk, səndən şikayətim varQanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum