Yaxınlara, uzaqlara xəbər oldu:“Türk oğlu türk Kremldə rəhbəroldul”.Ekran, efir yer üzünə yaydı səsi,Yeniləşdi ruhumuzun mənzərəsi.Bu, adi bir xəbər deyil,Tarixi bir hadisəydi,Bu xəbərə dostlarımız sevinsə də,Düşmənlərin başına bir qapaz dəydi:“SSRİ Yer üzünün yarısına sahib olanbir ölkədi,Azərbaycan bu ölkədə bir bölgədi,İndi gəlsin bu bölgənin bir adamıBu ölkəyə rəhbər olsun,Onda gərək bizdən ötrüYediyimiz, içdiyimiz zəhər olsun”.Sirr sandıqda qalan deyil,Bu söz dilə-dişə düşdü,Şər-böhtanlar, iftiralar,Fırıldaqlar işə düşdü.“Ov”la, “yan”la sirdaş olan,Özgələrə qardaş olan,Canı-qanı mənim olan,Ancaq mənə qənim olan,Öz əliylə özümüzüKəsib-tökən baltalar daBir nəhəngi qoydu darda.“Vəzifədən getməlidirl” —Fikir aydın, qərar qəti,Təzə xəbər deyil ki bu,Saymaq ilə qurtararmıBu mərkəzin xəyanəti?Bax beləcə ayaq açdıAddım-addım üstümüzəQarabağın xəyanəti.Boş sualın nə yeri var,Niyə getdi, nəyə getdi?Hər gedənlə can əridi,Ürək getdi, bədən getdilO getməklə əlimizdənParça-parça Vətən getdil

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri