Mənə bu sözləri yazdıran mələk
Dilin uzun olsun,üzün ağ olsun,Yaşıl duyğularınyaşıl tağ olsun,Günahın eşq iləyaşamaq olsun,Qapını vədəsizdöyməsin külək,Mənə bu sözləriyazdıran mələk.
Kimin gücü çatar,kim agah eylər,Sevgi insanlarıniyə şah eylər?Eşqimi ən ucabir dərgah eylər.Hər incə barmağınzərif bir lələk,Mənə bu sözləriyazdıran mələk.
Dodağı nəğməli,sinəsi sazlı,Göy kimi havalı,yer kimi nazlı.Göyərçin görkəmli,durna boğazlı,Ən şirin arzudu,ən şirin dilək,Mənə bu sözləriyazdıran mələk.
Varlığın başabaşnurda, işıqda,Özünsən günəş də,nur da, işıq da.Dünyanı dolandımsən yaraşıqda,Nə bağda gül gördüm,nə düzdə çiçək,Mənə bu sözləriyazdıran mələk.
Yanağın xalınaxal çatan deyil,Dodağın balınabal çatan deyil,Taxtın çox ucadı,əl çatan deyil,Ya uca tanrısan,ya zalım fələk,Mənə bu sözləriyazdıran mələk.
2001, 26 yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mene-bu-sozleri-yazdiran-melek
← → düymələri ilə keçid, R — təsadüfi şeir