Getmə
Suya toxundursam, su yuyar, gedər,Getmə, əllərimin xınası, getmə.Qorxuram dumanda itib-batasan,Getmə, göylərimin durnası, getmə.
Bilmirəm tanrısan, yoxsa bir bəşər,Şair qismətinə gözəllər düşər.Gedərsən, gözümdə göllər titrəşər,Getmə, göllərimin sonası, getmə.
Keçilməz sədd olar, aşılmaz hasar,Qəm bir qapaz olub başımdan basar.Ləpələr kükrəyər, dalğalar susar,Getmə, sevincimin dəryası, getmə.
Odlanan ürəyim, nurlanan üzüm,Çağlayan ilhamım, sellənən sözüm.Axşamım, səhərim, gecəm, gündüzüm,Getmə, həyatımın mənası, getmə.
2001, 24 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-getme-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ulu tanrı xoş nəzərlə baxanda,Vədəsində canı cana çatdırar.
Çəkilsin dünyanın qaranlıqlarıİlahi, bağışla bədxahlarımı,Döndər yavaş-yavaş, xeyirxah eylə.
İnsan - dünyaÇiçəyəm, meyvəyəm, kökəm, budağam,Nuram, qığılcımam, odam, ocağam.
Borc - vəzifəHər kəsin öz borcu, öz vəzifəsi,Ordu əsgərini qorusun gərək.
Başqa şairlərin şeirləri
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı