İnsan - dünya
Çiçəyəm, meyvəyəm, kökəm, budağam,Nuram, qığılcımam, odam, ocağam.Atəşəm, Günəşəm, suyam, torpağam,Cəhənnəm də məndə, cənnət də məndə.
Taleyəm, qismətəm, baxtam, ömürəm,İstiyəm, tüstüyəm, közəm, kömürəm.Qızılam, gümüşəm, daşam, dəmirəm,Xəzinə də məndədi, sərvət də məndə.
Otağam, sarayam, daxmayam, damam,Sevincəm, kədərəm, eşqəm, ilhamam.Körpəyəm, qocayam, bişmişəm, xamam,Sevgi də məndədi, nifrət də məndə.
Sürgünəm, zindanam, qışam, Sibirəm,Dözüməm, inamam, dərdəm, səbirəm.Beşiyəm, məzaram, evəm, qəbirəm,Görüş də məndədi, həsrət də məndə.
Sünbüləm, zəmiyəm, dənəm, xırmanam,Xəstəyəm, həkiməm, dərdəm, dərmanam.Möhürəm, imzayam, qolam, fərmanam,Millət də məndədi, dövlət də məndə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-insan-dunya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Nigârâ bu durur tapunda âzumNigârâ bu durur tapunda âzumKi çoha yazıla ışkunda azum
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
UlduzlaraEy aləmi münəvvər edən cürmi-afitab,Müşkati-şö’lədar, şəbəfruzi-mahitab,