Hələ
Qəlbinə el gücü yığa bilməsən,Ruhuna sel gücü yığa bilməsən,Dizinə fil gücü yığa bilməsən,Ürəklə yeriyə bilməyəcəksən,Qarşıda dərələr, diklər var hələ!
İnama uzanan yollar hazırla,Yumruğa çevrilən əllər hazırla,Ağırlıq qaldıran qollar hazırla,Bərkit qaya kimi çiyinlərini,Yerindən qalxası yüklər var hələ!
Nə gözdən yayına, nə iraq qala,Haqqı əzilənlər gərək haqq ala.Yaxın dur, həyan ol köməksizlərə,Hər qəmli könüldə bir ocaq qala.Tükənmir dünyanın ehtiyacları,Qəriblər, yalqızlar, təklər var hələ!
Şimşək şaqqıldadı, bulud titrədi,Göylərin bağrında sükut titrədi.Tufan təbiəti çəkdi sınağa,Qaya silkələndi, palıd titrədi.Qovğa da görmüşük, qırğın da, qan da,Qəm yemə, budaqlar təzələnsə də,Torpaqda sağalmaz köklər var hələ!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-hele-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəkdən gəlməyən ürəyə yatmaz,Dildən duru çıxar dilə düşən söz.
Qılınc ağzı kimiMənim taleyimi yazanda Tanrı,“Hər gün alış”, “hər gün yan” yazıb.
Mən niyə bu qədər ağrı çəkənəmAğlasan, mən səndən betər ağlaram,Yaşlı gözlərində gilə bil məni.
Kin dərin quyuduHamı addım atdı Allaha tərəf,Ömründə bir addım sən atmamısan.
Başqa şairlərin şeirləri
Ey Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar