Mənə oğul deyil, Vətəndaş gərək
Topxana düşməndə, gorxana məndə,Axsın gözlərimdən qanlı yaş gərək.Daşaltı düşmənin baş altındadı,Yağsın başımıza göydən daş gərək.
Gözümdəki nurdu, qəlbimdəki səs,Udduğum havadı, çəkdiyim nəfəs.Yurd-yuva itirməz ağlı olan kəs,Torpaq titirənin ağlı çaş gərək.
Alın düyünlənib, çatılırsa qaş,Batırsa xəzinə, itirsə yaddaş,Məndən oğul-uşaq istəmə, qardaş,Mənə oğul deyil, vətəndaş gərək.
2004, may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mene-ogul-deyil-vetendas-gerek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Gəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Anamın sevinciMən anamın gözlərindən oxudumZəfər günü səadətin adını.
Dağlar qoynunda-qoynundaTənha qaldı nazlı yarım,Dağlar qoynunda-qoynunda.
“Yoldaşım üçün göz yaşı”Getdin, niyə gəlmədin, həbibim?Ey vah, o nasıl yaman gedişdi.