Müxəmməs
Bizə gedək, söhbət edək,Özgə yer arama, gözəl.Hər sözünü üzümə de,Danışma qarama, gözəl.Halaldan istə mətləbi,Əl vurma harama, gözəl.Nə olsun rəngim qaradır,Gəl gülmə qarama, gözəl.
Göy çəməndə ömür sürək,Çiçək olsan, arın olum.Dünya varı lazım deyil,Təkcə sənin yarın olum.Sənsiz açılmaz baharım,Sarımaz barama, gözəl.
Sözlərinə heyran olum,Danış, dilin lal olmasın.Dodaqların olan yerdəOlmur, heç də bal olmasın.Zəlimxanı çox incitmə,Dərd ürəkdə xal olmasın.Bircə kəlmə acı sözünDuz səpər yarama, gözəl.
1972, 24 noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-muxemmes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Etibar olarmı özgə dağlara,Söykənmək istəsən, öz dağın ola.
Güldürər üzünü yar, yar olandaGüldürər üzünü yar, yar olanda,Dili şəkər eylər, sözü qənd eylər.
DamcılarGöyün ətəyindən üzülər əli,Üzünün üstündə gələr damcılar.
SənəBağrıma basıram gecələri mən,Axşamda, səhərdə səni gəzirəm.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bir də yolum düşsə yar otağına,Mənim işim hamı kəsdən saz keçər,
Səndə, ey Qafqaz, ey gözəl gülzarƏlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Qadasın aldığımBu bağlara bağban idim, bar, qadasm aldığım.Bəslədibdi dal budaqda nar, qadasm aldığım.
Gözümüzün qabağındaGözümüzün qabağındayarpaqlayır budaqlar,