Yeridi üstümə həsrət, qüssə, qəm,Hərəsi üz gördü, bir ayaq aldı.Bir günün içində düzələn işim,Gecikdi, ləngidi, bir aya qaldı.

Aşiqiydim üzündəki nura mən,Ölərdimi dodağından nur əmən.Günəş batdı, həsrət qaldım nura mən,Gecələr ümidim bir Aya qaldı.

1973, 24 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri