Xəstə vaxtı Rəşid müəllimə müraciətlə

Sərt illərin sınağından çıxana,Gün sınağı, ay sınağı nədir ki?!Qarlı qışın şaxtasına dözənə,İsti günlü yay sınağı nədir ki?!

Ağır gündə boran-qardan keçmisən,Neçə çətin, neçə dardan keçmisən.Qasırğalı dəryalardan keçmisən,Axıb gedən çay sınağı nədir ki?!

Çox dözmüsən, ağrılara döz bir az,Dərman olsun şeir bir az, saz bir az.Səbr eyləsin, ağlamasın göz bir az,Kişi üçün vay sınağı nədir ki?!

1977, 7 dekabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri