Hər gün sevənlərin qulağı səsdə
Məni duyanlardı məni sevənlər,Sən məni duyunca yaşaram, gözəl.Səs səsə qarışıb, göz gözə baxıb,Söz sözə uyunca yaşaram, gözəl.
Hər gün sevənlərin qulağı səsdə,Hər görüş bir nəğmə, bir yeni bəstə.Yumşaq əllərini gözümün üstə,Məlhəmtək qoyunca yaşaram, gözəl.
Bir Allah, bir sevgi, bir sən, bir də mən,Qızınnam ocaqda, yannam pirdə mən.“Doymadım” desəm də, bir ömürdə mən,Doyunca, doyunca yaşaram, gözəl.
2004, sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-her-gun-sevenlerin-qulagi-sesde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Zülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!
نیمی ز دلم باد شد و نیمی گردنیمی ز تنم گرم شد و نیمی سرد
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Sərxoşluq edən dövlət, huşyar olacaq bir günSərxoşluq edən dövlət, huşyar olacaq bir gün,İllərcə yatan bəxtim, bidar olacaq bir gün.