Ləyaqət
İki bəyin adamı,Eyni saatda gəldiƏləsgərin yanına!Çağırırdı ustadıHərə öz ünvanına.Toy üst-üstə düşürdü –Eyni gün, eyni saat.İşin toqquşmasınaQul Ələsgər qaldı mat!Fikirləşdi sənətkar:Aran dağa daşındı,Dağ arana daşındı.Yenə fikir yük oldu,Neçə yana daşındı.Çağıran iki nəfər,Çağrılan bir, gedən bir,İki məclis, iki bağ,Bülbül olub ötən bir.Hansı məclisdə çalsınÜrəyini, sazını.Kimə bildirsin ustad,Görən etirazını!Birində olsa əgər,İnciməzmi o biri.Necə görsün işini,Necə qılsın tədbiri?Düşündü ürəyində:Gəl denən ki, xəstəyəm.Başqa sənətkar tapın,Heç kəs müşkül olmasın,Müşkülə açar tapın!Azdımı bu GöyçədəSözü mənim sözümdənTəravətli, ətirli,Adı mənim adımdanMəhəbbətli, xətirli,Dünyagörmüş sənətkar!Hər çiçəyin öz ətri,Hər gülün öz dadı var.Bu dəm bir səs ucaldıElə bil yerdən göyə.Dirilik çeşməsidirSən çaldığın saz, – dedi.Sən getməsən məclisə,Ələsgərin adınaHeç bu yaraşmaz, – dedi.Birdən görün nə düşdüƏləsgərin yadına:Onun böyük ürəyi,Onun loğman kamalı,Çatdı, vaxtında çatdıƏləsgərin dadına.Gələnləri yenidənTutdu sorğu-suala.Bir danışın, bəylərinOğul-uşaq sarıdanKimləri var, ay bala!Biri dedi: bəyiminYeddi oğlu var, ustad!Mən də ki, qardaşıyam.Onun sevincini də,Onun kədərini dəMən gərək ömrüm boyuÖz çiynimdə daşıyam!Sizi dəvət edirəmİlk oğlunun toyuna.Sizsiz keçən məclisinŞadlığı nə, toyu nə?!
Biri dedi: bəyiminBircə oğlu var, ustad!O da qarşınızdadır!Ağlım kəsənnən bəriMənim fikrim, xəyalımDediyiniz kəlamda,Çaldığınız sazdadır!Çoxdan arzulamışam,Nola mənim toyumdaAşıq Ələsgər ola!Eşidən əhsən deyə,Duyan bəxtəvər ola!Ustad dedi: ay bala,Həqiqət atadırsa,Yeddi oğlu olan kəs,Bircə oğul toyunaGetsəm, məndən inciməz!Bir oğul bu dünyadaOcağın tək kösöyü,Təknənin tək əppəyi.Yeddi oğlu olanınNəyi çatışmır, nəyi?!Sizin qalan toylarıYenə özüm olaramYaraşığa mindirən.Yenə bu sazım olarKönüllər isindirən!Gülləndirər nəfəsimAltı igid toyunu.Saz ilə, söhbət iləOxşaram, əzizlərəmHər birinin boyunu.Təki mənnən inciyənMəndən küsən olmasın.İstəyini azaldan,Ara kəsən olmasın.
Əgər toxunmuş olsamBircə kəsin xətrinə,Onda mənim sözümünQiyməti nə, qədri nə?!Sözü haqdan güc alarAşıq olan kəslərin.İsindirər yurdunuƏn soyuq nəfəslərin.Dağlar ensə üstünə,Dizlərini bükməz o.El dərdini daşıyar,Öz dərdini çəkməz o!Aşıqsız məclis keçər,Toymu, yasmı – bilinməz.Aşıqlı məclis keçər,Xatirədən silinməz.Məndən inciməsin bəy,Ürəyini şad elə.Başqa bir usta apar,Evini abad elə.Birinci saf ürəkləYetir xoş salamımı.De ki, Ələsgər dedi:İnanıram sabaha,İnandığım həqiqətYerdə qoymaz kamımı!Altı gəlin köçürrəmBir atanın evinə,Yığışar o toylaraEl sevinə-sevinə.Onda bir-birimiziYaxşı başa düşərik.İndi isə yaxşı yol,Toylarda görüşərik!Görüşüb ayrıldılar,Qayıtdı bir xəbərləHərə öz evlərinə.Biri uçdu göylərə,Biri cumdu dərinə.Biri ata evinəQanadlanıb şən gəlir,Biri qardaş evinəBaşında çiskin, duman,Gözlərində çən gəlir.Biri çatır qəlbindəÇoxdan doğan arzuya.Birini Allah bilirKim duymaya, kim duya.Xəbər çatdı yerlərə,Hər kəs bildi işini.Yeddi oğul atasıXeyli getdi xəyala,İşin belə gəlməyiDüşündürdü kişini.Dedi: – Onda durmayın,Ay mənim balalarım.Bəy oğlumdan savayıAltınız da atlanın,Toy günü, toy vədəsiO şadlığın üstünə,O sevincin üstünəYel kimi qanadlanın!Yox həyatda kimsədənBir qorxumuz, pəkimiz.Gedin, gedin o toya,Ömrünün əziz günüSizin birliyinizləYeddiləşsin təkimiz!O da bu xoş günündəQoy yeddi qardaş olsun!
Elə məclis keçirin,Məclislərin içindəHamısından baş olsun!Səsiniz qanad olsunQoy aşıq Ələsgərə!Sığışmasın söhbətiBir kitaba, dəftərə.Qonşu toyda vurhavur,Qonşu toyda çalhaçal.Hər ürəkdə xoş arzu,Hər başda şirin xəyal.Xalı-xalça döşənibUstadın ayağına.İndi bu məclis düşübTaleyin xoş çağına!Məclis qoşun kimidir,O da bir sərkər kimi.Hamı onu dinləyirAşıq Ələsgər kimi.Hikmət dalınca hikmət,Səs dalınca səs gəlir.Bu səsdən, bu avazdanSanki dağlar tərpənir,Daş da nəfəsə gəlir.Havalardan güc alır,Qollara qüvvət gəlir.Ələsgəri dinləyənElə bilir qəlbinəTanrıdan qüvvət gəlir.Aşıq yad elədikcəQurbanini, Abbası,Açılır ayna kimi,Tutulur qəlbin pası.Yanır sənət çırağı,Az qalır ki, şam kimiGilə-gilə əriyə.
Elə şaddı sənətkar,Elə bil qovuşdururQurbanini Pəriyə!Şənlik elə yüksəlir,Bir məclisin sevinciYüz zirvəyə tən gəlir.Bu səsin sorağınaQərib Şahsənəm deyib,Yenə qürbətdən gəlir!
Doymaq olmur zilindən,Doymaq olmur bəmindən.Heç kəs ayrıla bilmirSazın xoş aləmindən.Yenə ellərin gözüBu şadlığın üstədi.El anası, el oğluƏləsgər məclisdədir!Qoşmaları tumarlı,Təcnisləri cığalı.Ütü çəkir ruhlaraFikrin səmti, sığalı.Söz dönüb çiçəklərə,Yenə dəstə-dəstədir.Ətri tutub dünyanı,Ələsgər məclisdədir!O gün külək əsmədi,O gün şimşək çaxmadı.Təbiət lal dayandı,Onu dinləmək üçünFürsəti buraxmadı.Üfüqlərdən Günəş dəEnib gəlmək istədi,Saz yenə öz işindəƏləsgər məclisdədir!
Sözün şirin yerində,Söhbətin xoş çağında,Altı oğul dayandıMəclisin qənşərində,Ustadın qabağında!Bir-bir bəy oğulları,Nəğməkarın önündəƏl sinədə baş əydi.Bu səhnədən, görüşdənYenə qul ƏləsgərinBaşı göylərə dəydi!Bildirdilər məclisə,Çatdırdılar ustadaAtanın mətləbini.Silkələdi bu xəbərƏləsgərin təbini.Hikmətlər dedi xalqınAdətindən, dəbindən.İncilər üzə çıxdıDəryaların dibindən.Nə zaman ki, insanınƏməli, söz-söhbətiXalqın ürəyindəkiDuyğularla səsləşir,Sənətkar ölməz olur,Sənət müqəddəsləşir!Ayrılmır, haçalanmır,Elin sözü bir olur.Sənətkar da, sənət dəOcaq olur, pir olur.Xalq ucalda bilirsəƏsl sənətkarını,Dərməyi bacarırsaO sənətin barını,Duyursa bir ürəyinƏn böyük hikmətini,Vaxtında, vədəsindəVerirsə qiymətini,Arzuları ən uzaqMənzillərə varırsa,Şeirin qanadlarındaUçmağı bacarırsa,Xına kimi yaraşır,Ölməzlik o millətə!Sinəsi sazlıları,Əli qələmliləriYorulub yolda qalmır,Gedir əbədiyyətə!O xalqın arasındaTəklər yeddiyə dönür,Yeddilər yetmiş olur.Övlad da ata kimiKamala yetmiş olur!Sənətkar da güc alır bu birliyin səsindən,Daş üstə güllər bitir eşqindən, həvəsindən!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-leyaqet-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Qafil bir ox atdın, keçdi sinəmdən.Dərdindən cismimə a yara dəydi.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram