Qafil bir ox atdın, keçdi sinəmdən.Dərdindən cismimə a yara dəydi.Pəhləvan gəzirdi meydan içində,Keçdi pəhləvandan əyyara dəydi.

Gecə uzun, təbi nazik, yaralı,İnsaf deyil, qurma mənə, yar, alı.Yar incisə, yar könlünü yar alı,Bilmirəm nə dedim, a yara dəydi.

Yaxşı dostun xəyalını ay ara,Həftə dedin, neçə keçdi ay ara.Təbib qarşı gəlsə, yetər a yara,Təbib qarşı gəldi, a yara dəydi.

Düzdürübsən dəhanına, yar, inci,Al xəncəri, bağrım başın yar, inci!Abdulladan olmaz sənə yar, İnci,Seyraqublar vurdu, ay ara dəydi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri