Qurban Bulağı
Kəlbəcərdə bir bulaq var, adı Qurban bulağıdı,Ağdabanda bir ocaq var, adı “Qurban bulağıdı”.Kimlər qoşub dastanı, kimlər çalıb laylasını,Məclislərin söz-söhbəti, dadı Qurban bulağıdı!Ətəyində göy çəmənin min naxışı, min arğacı,Başı üstə zaman-zaman ətir saçan bar ağacı.Hey süzülər fəsil-fəsil, həyat verər dağa, düzə,Bu torpağın eşqi kimi dərinlərdən çıxar üzə!Ağdabanda bir bulaq var, əfsanəli, rəvayətli,Yeri tanış, yurdu bəlli, aşıq Qurban həqiqətli!
Bir şair dodağındaÇəkilən kimi adı,Dil açdı insan kimi,Bulaq sözə başladı.– Yerim yox, yatağım yox,Hardan gəldi axırdım.Yığnaqlı bulaqlaraHəsrət ilə baxırdım.Deyirdim nolaydı kaş,Mən də yada düşəydim.Oğullarla görüşüb,Qızlarla öpüşəydim!Bir gün gecədən keçibDan yeri söküləndə,Səhər müjdəsi gəlib,Dünya üzə güləndə,Qoşa əllər uzandıTutqun gözümə sarı.Barmaqlar sağa-solaDaradı palçıqları.Təmizlədi gözümünTorpağını, daşını.Mən bulağa dönəndəSevindi uşaq kimi.O da bulaq elədiGözlərinin yaşını!Mən o gündən hər səhərSaflığıma baş əyənAşıq Qurbanı gördüm.Nəğməyə, təmizliyəBağlanan canı gördüm.Mənə həyat verəninQeyrətinin eşqinəAxdım, axdım, duruldum.Aşıq mənə vuruldu,Mən aşığa vuruldum.Yaddaşımda aşığınSəsi, sorağı qaldı.O gündən mənim adımQurban bulağı qaldı!
Bir də gördüm tutaşıb Ağdabanın yolları,Açılıb yola sarı anaların qolları,Təbiət sığallayıb yamacları, yalları.Duydum, bu gəlhagəldə xeyir bir xəbər gəlir,Dedilər Ağdabana aşıq Ələsgər gəlir!
Çayqovuşan sevindi, su bayrama can atdı,El döndü pərvanəyə, yanan şama can atdı,Göz görüb götürməyə, əl salama can atdı.Sanki, elin üstünə gün doğur, səhər gəlir,Dedilər Ağdabana aşıq Ələsgər gəlir!
Yeddi qardaş dağında yeddi ceyran mələdi,Bir kəndi bir dünyanın sevincinə bələdi,Göylər yağış yerinə nəğmə, hikmət ələdi.Ustad yanına ustad, ər yanına ər gəlir,Dedilər Ağdabana aşıq Ələsgər gəlir!
Xoşgəldin elədi, qabağa çıxdı,Miskin Abdalımın nəvəsi Qurban.Dodağı kəlamlı, əli kitablı,Aqil babaların əvəzi Qurban!
Baxdı ki, hər yanı çiçəkdi, güldü,Ürəyi atlandı, gözləri güldü.Çağlar çeşmələrtək axdı, süzüldü,Dağlardan almışdı həvəsi Qurban!
Başladı ömrünün söhbəti, dəmi,Unutdu həsrəti, itirdi qəmi.
Aşıq Ələsgərin dostu, həmdəmi,Aşıq Ələsgərin nəfəsi Qurban!
İki sənət dağı, sənət zirvəsi,Öpüb bir-birini bağrına basdı.Götürdü dünyanı şadlığın səsi,Ustad kəlamına el qulaq asdı.
Bəzəndi hər yanım, doldu bir anda,Döşəndi, sərildi xalı, xalçalar.Sazlar qoşalaşıb, meydan qızandaYer bayram eləyər, göylər əl çalar!
Dağlar qoşa durursa,Qoşalaşar şöhrəti.İki çay birləşirsəMin qat artır qüvvəti.İgidlər cüt gələndəYenilmir qətiyyəti.İki ustad görüşüİki göz kimi əziz,Eşqi pak, ağlı dərin,Qəlbi müqəddəs, təmiz!İki dost görüşəndəYoxa çıxır kədər, qəm,İnsanın gözlərindəGülür başqa bir aləm.Sevgidən od götürübGözlər alışıb-yanır.Xatirələr kitabıYenidən varaqlanır!
Ələsgər məclisin görən gözüydü,Qurban Ağdabanlı vuran ürəyi.Həvəsə gətirən xalqın özüydü,Baxışda arzunu, gözdə diləyi.
Birinci, ikinci yox idi burda,Elə ikisi də birinci idi!Qoşma qoşulurdu torpağa, yurda,Hər kəlmə bir gövhər, bir inci idi.
Gedirdi meydanda dərindən-dərin,Cinas imtahanı, cinas yarışı.Zərif duyğuların, kövrək hislərinBir təcnis olurdu hər axtarışı.
Varlığın çox sirri açılmır niyə,Torpaqmı qədimdi, sumu əzəldi.Dünya necə çatdı bu gözəlliyə,Kainat nizama necə düzəldi?
Hardadı zamanın əvvəli, sonu,Tarixin yaşından söhbət gedirdi.Dünya binadırsa, kim qurub onu,Bünövrə daşından söhbət gedirdi.
Qurban bulağında məclis başladı,Qurban məktəbinə dönənə kimi.Nəydi o məclisin ləzzəti, dadı,Şəmşir danışırdı dünənə kimi!
Olub bir torpağın əkiz övladı,Olub bir qartalın qoşa qanadı,Olub bir sənətin iki Fərhadı.Sazı da, sözü də dillərdə əzbər,Aşıq Qurban ilə aşıq Ələsgər!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qurban-bulagi
← → düymələri ilə keçid, R — təsadüfi şeir