Şair harayı
Dayanmışam bir dağın qartallı zirvəsində,Səsim elə gurdu ki,İtmir, batmır, ərimir, çayların gur səsində,Mən sizi çağırıram!Gözünü yaş yandırıb, qəlbini qəm tutanlar,Ayağı yer, dili söz, əli qələm tutanlar!Ağsaqqallar, qocalar, sərkərdələr, ozanlar,Azərbaycan xalqının bugünkü tarixiniQan içində yaradıb, qan üstündə yazanlar!Mən sizi çağırıram!Əri şəhid olanlar,Oğul məzarı üstə saçlarını yolanlar!Yarına qucaq açıb, murazına yetməmiş,Şana barmaqlarından toy xınası getməmişToyu yasa dönənlər,Alışmamış sönənlər,Mən sizi çağırıram!Milyonu ola-ola qəpik üstə əsənlər,Rüşvətxorlar, oğrular, alçaqlar, başkəsənlər,Atasından bezikib, anasından küsənlər,Mən sizi çağırıram!Bir fürsət düşən kimi aradan əkilənlər,Qorxaqlar, fərarilər, kənara çəkilənlər,Mən sizi çağırıram!Başdan-ayağa kimi,Saçdan dırnağa kimi,Kökdən budağa kimiQeyrətdən yoğrulanlar,Vətən adı gələndəArzuları çin olub, ümidi doğrulanlar,Mən sizi çağırıram!
Millətə vəkil olub,Millətin bir sözünü yerinə yetirməyən,Arzular çəmənində bircə gül bitirməyən,Hər gün bir az dirçəlib, hər gün bir az dikələn,Milləti arıqlayıb, gündən-günə kökələn,Bir nöqtəyə, vergülə,Bir həftə gecə-gündüz başları qarışanlar,İşi ancaq söz olub, söz üstə yarışanlar,Kürsüdə görkəmini pələngə döndərənlər,Vətənin dar günündəÖvladını, nəslini xaricə göndərənlər,Mən sizi çağırıram!Qaçqın, köçkün, didərgin, evsiz-eşiksiz qalan,Dili sözsüz, laylasız, əli beşiksiz qalan,Boyun bükən sonalar,Yazıq olan analar,Mən sizi çağırıram!Partiyalar, dəstələr, dəstəbazlar, qurumlar,Daha bəsdi arada açılan uçurumlar,Mən sizi çağırıram!Həyasız alverçilər, halal ticarətçilər,Min dəfə soyulanıBir də üstəlik soyub, kef çəkən qarətçilər,Dünya malından ötrüÖz doğma qardaşına daldan güllə atdıran,Qaçqın yardımlarınıDədəsinin malıtək bazarlarda satdıran,Min dəfə əziləni yenidən əzdirənlər,Vətəni qəlbində yox, cibində gəzdirənlər,Mən sizi çağırıram!Mən niyə çağırıram?Bu çağırış, bu nida, bu səs nə deyir sizə?Ürəyimi göynədən,Dodağımı yandıran nəfəs nə deyir sizə?Düşünün, fikirləşin!
Yumruğa dönmək üçün yumruq kimi birləşin!Yolda, izdə, həyətdə, dağda, daşda birləşin,İmtahanda, sınaqda, bərkdə, boşda birləşin!Görmüşük naşıların qazancını, xeyrini,Vətənə dayaq olan Vətəndaşda birləşin!Əqidəni, inamı, amalı birləşdirin,Ağlı, səbri, dözümü, kamalı birləşdirin,Kimdə dedi-qodu var, kimdə umu-küsü var,Hər kimin tayfasında hər kimin tüstüsü var,Qoyun qalsın kölgədə,Dava gedir ölkədə!Alçaq düşmənə qarşı zor savaşda birləşin,Çevik əldə, ayaqda, ayıq başda birləşin!Düzləri qarsaladı, dağları ətəklədi,Tapdı zəif damarı, düşmən bizi təklədi.Səngərdə qoşun kimi, silah kimi birləşin,Yeri qorumaq üçün peyğəmbərə çevrilin,Göyü saxlamaq üçün Allah kimi birləşin!Birləşin süfrələrin ləzzətində, tamında,Birləşin anaların Allaha inamında!Birləşin şəhidlərin yerə hopmuş qanında,Birləşin dinimizin oxunan Quranında!Bu birliyi yaratmağa bir nəfərin gücü çatmaz,Sən özünü polad elə, dəmir elə!Yağıları külə döndər, kömür elə!Səfərbər ol, Xalqım mənim!
Dərdli-dərdli sinələrin min dağı var,min düyünü,Ürəkləri oydu-tökdü nifrət dağı, kin düyünü.Aça bilən əllər gərək, bəxtin düşüb cin düyünü,Səfərbər ol, Xalqım mənim!
Zaman-zaman gurultulu alqış gördük,çəpik gördük,Gur alqışlar axarındaSiyasətin endirdiyi yumruq gördük,təpik gördük.Milyardımız yadın oldu, özümüzsəqəpik gördük.Torpağın da xəzinətək talan olmaq qorxusu var,Dağlar boyda həqiqətin yalan olmaqqorxusu var!Səfərbər ol, Xalqım mənim!
Sərhədlərdə səngərini öz əlimlə qazan olum,Qələbələr tarixini kitab-kitab yazan olum.Gözündəki bu yaş nədir?Qəlbindəki təlaş nədir?Başın çəkən müsibətiAllah ilə danışmağa haqqı çatan ozan olum.Səfərbər ol, Xalqım mənim!Qurşun elə ürəyini,Qoşun elə kürəyini,Bayraq elə biləyini,Səfərbər ol, Xalqım mənim!
Bu torpağın, bu millətin bundanağır günü yoxdur,Ancaq ölü demək olar,Belə gündə hər kimin ki, səsi yoxdur,ünü yoxdur.Səfərbər ol, Xalqım mənim!Sən səfərbər olmadıqcaGündən-günə qarı düşmən üstümüzə ayaq alır,Uğurumuz, qələbəmiz ilə qalır, aya qalır.Sən səfərbər olmadıqca qismətimiz döyülməkdi!Ona-buna ağız açıb, ona-buna əyilməkdi!Parça-parça, tikə-tikə, loxma-loxma yeyilməkdi!Sən səfərbər olmadıqcaMəqsədi bir, mətləbi bir arzularınHaçalanmaq qorxusu var!Ana deyib andığımız,Sevgisiylə yandığımız,Ana qoynu sandığımızSevgi dolu bu torpağınMahal-mahal, məhlə-məhlə parçalanmaqqorxusu var.Səfərbər ol, Xalqım mənim!
Arxamızın dağı uçur, dağı gedir,Qılınc enir, qolumuzun sağı gedir.Saat-saat gözümüzün yağı gedir,Gözdə işıq, damarda qan əldən gedir,Parça-parça Azərbaycan əldən gedir!
Bir düşünün bir günlüyə, bir anlığa,Başdan-başa Vətən dönür viranlığa.Qara əllər çəkir bizi qaranlığa –Nurlu axşam, işıqlı dan əldən gedir,Parça-parça Azərbaycan əldən gedir!
Zaman bizi sovuracaq, süpürəcək,Nifrət, qəzəb dəniz kimi köpürəcək,Ayılmasaq, üzümüzə tüpürəcək.Fürsət adlı qiymətli an əldən gedir,Parça-parça Azərbaycan əldən gedir!
Yox, yox! Təkcə əldən getmir,Başdan gedir, beldən gedir,Xalqdan gedir, eldən gedir Azərbaycan!Təbiətdən ayrı düşür,Cığır, çəhlim, yol itirir.Hər igidin ölümüylə qoşa vuran qol itirir!Gözlərimiz baxa-baxa gözdən olur Azərbaycan!Gücü çatmır öz yükünü qaldırmağa,Qüvvət gedir, dizdən olur Azərbaycan!
Şuşa gedir, Ağdam gedir, Laçın gedir,Yavaş-yavaş bizdən olur Azərbaycan!Neçə-neçə qarlı dağa əli çatmır,Neçə-neçə düzdən olur Azərbaycan!Yavaş-yavaş bizdən olur Azərbaycan!Axar suya həsrət qalıb,Dodağımız çat-çat olub cırılmamış,Belimizin şah damarıBu dəhşətli zərbələrdən birdəfəlik qırılmamış,Gəlin, şöhrət havasını dayandıraq,Gəlin, stol davasını dayandıraq.Bizim üçün bircə dava meydanı var,QARABAĞDIR!Bizim üçün torpaq, hava meydanı var,QARABAĞDIR!Nə qədər ki, tufanlara sinəmizi gərməmişik,Nə qədər ki, yağıların cavabını verməmişik,Nə qədər ki, Vurğun, Şəmşir gəzən yerdəSüfrəmizi sərməmişik,Nə qədər ki, Şuşa murdar əllərdədir,Nə qədər ki, göz yaşımız çaylardadır, sellərdədir,Nə qədər ki, İstisuyun harayına yetməmişik,Nə qədər ki, Kəlbəcərdə palıd olub bitməmişik,Gözün rahat uyumağa haqqı yoxdur!Əlin işdən soyumağa haqqı yoxdur!Vaxtın hədər əriməyə haqqı yoxdur!Xalqın susub, kiriməyə haqqı yoxdur!Haqqımızı dərk etməyin vaxtı çatıb,Biganəlik duyğusunuTərk etməyin vaxtı çatıb!Sən başsansa, bədən olmaq mənim haqqım!Sən gülsənsə, çəmən olmaq mənim haqqım!Döyüş varsa, əsgər olmaq mənim haqqım!Vuruş varsa, səngər olmaq mənim haqqım!
Vətən əgər dardadırsa,Mənim haqqım kaman kimi gərilməkdi.Ölünün də haqqı yoxdu məzarında rahat yata,Onun haqqı dirilməkdi!!!Vətən əldən gedən günüVətəndaşın qalır bircə vəzifəsi –Bir kəndirdir, yağlı kəndir,Bir boğazdı, bir ilməkdi!Şəhid oğlu, şəhid ataNecə şərəf gətirirsə bu həyata,Bu millətə hər birimizBax, beləcə şöhrət, şərəf olmalıyıq!Tərəfimiz, hədəfimiz birdi bizim,Nə o tərəf, nə bu tərəf olmalıyıq!İnsan kimi qeyrət ilə öləmməsək,Heyvan kimi ancaq tələf olmalıyıq!
Deməyin ki, indi sözün vaxtı deyil,Ey ölülər, ey dirilər,Səbrinizi bir az basın.Ürəyindən qanlar axan,Baxışında şimşək çaxan,Yaralanmış bir şairinNaləsinə, fəryadına, gileyinə qulaq asın!“Şuşanı verdilər!” – deyəndə, qardaş,İşıqdan zülmətə, dumana düşdüm.Suallar, cavablar yordu beynimi,Min dəfə gümandan-gümana düşdüm.
Bəlkə, ataların qırılıb beli,Oğul əkə bilmir, ər verə bilmir!Çatdırıb Vətəni müqəddəsliyə,Torpağa qan töküb, tər verə bilmir!
Bəlkə, anaları gözdən salmışıq,Oğul doğa bilmir, qız doğa bilmir.
Sözə hamiləlik dövrü qurtarıb,Milləti ayağa qaldırmaq üçünŞairlər ilahi söz deyə bilmir?!
Bəlkə, haqqımız yox ata olmağa,Bəlkə də körpələr hədər böyüyür?!Hər evin nə qədər uşağı varsa,Hər evdə o qədər kədər böyüyür?!
Niyə keçmişimiz it-bata düşdü,Niyə tariximiz düz yazılmadı?!Yalanla, nalanla dolu kitablar,Niyə bir həqiqi söz yazılmadı?!
Köksünü ötürmə əlin çənəndə,Bu Vətən həmişə daşlanıb, babam!Bu günün dözülməz məğlubiyyətiÜç yüz il əvvəldən başlanıb, babam!
Pyotrun tarixi vəsiyyəti də,Leninin sərtliyi, qətiyyəti də,Çevrilib gülləyə, dönüb mərmiyə,Bizim sinəmizi alıb nişana,Bizim qəlbimizə tuşlanıb, babam!
Köksüz doğuluruq, bəlkə, həyatda,Burundan uzağı görə bilmirik?!Qalxıb otururuq yeddinci qatda,Xalqın ürəyinə girə bilmirik.
Allah ucalığı el içindədi,Allahın yanına enə bilmirik.Haqqın dərgahından uzaqlaşırıq,Haqqın dərgahına dönə bilmirik.
Allah da bildirib allahlığını,Günahın yerinə cəzadı, verir.Uçurur, dağıdır, yandırır, tökür,Zülümdü, zillətdi, qəzadı, verir.
Torpaq nə, Vətən nə, millət nə, yurd nə,Dərk edə bilmirik, kal böyüyürük.Dilimiz yük olur dodağımıza,Him-cimlə danışır, lal böyüyürük.
Sabahdan üzülər keçmişdən qopan,Hədəfik zamanın gədələrinə.Südü də, qanı da qarışdırıblar,Körpələr oxşamır dədələrinə!
Qanı qarışıqlar, südü haramlar,Vətəni nə yaman günlərə qoydu.Öküz buraxdılar göy çəmənliyə,Çəməni nə yaman günlərə qoydu.
Vətəni çıxardıb Vətənliyindən,Neçə əraziyə, neçə quruma,Neçə tamahkara bölmək olarmış.Ayaqlar altına salıb milləti,Dağlarda, bağlarda, meyxanalardaYenə də şadlanıb, gülmək olarmış!
Düşməndən min dəfə rəzil, qorxulu,Kəmsavad, nadanla döyüşməliyik.Bizim bəxtimizə heyvanlar çıxıb,Nə qədər heyvanla döyüşməliyik!
Kişilər belindən oğullar gələr,Qaytarar millətin mətinliyini.Şuşanı verənlər bilirmi görən,Şuşanı almağın çətinliyini?!
Haqdan qulağıma sədalar gəlir,Yuva belə qalmaz, yurd belə qalmaz.Haqqı öz yerinə qaytaran kişi,Tapar dərmanını, dərd belə qalmaz!
Ağır suallardan yaxa qurtarıb,Acı xəyallardan ayrılmaq gərək.Qılınc öz qınından sıyrılan kimi,Şübhədən, gümandan sıyrılmaq gərək!
İribuynuzlular cumdu üstünə,Ot kimi yedilər Azərbaycanı.Yağlı quyruq kimi hey əritdilər,Ət kimi yedilər Azərbaycanı.
Bir gün torpağını siyasət yedi,Bir gün bayrağını cinayət yedi.Hər gün bu milləti oydu içindən,Hər gün bu milləti xəyanət yedi!
Nə qədər yadlara yem oldu, bəsdi,Nə qədər qisməti kəm oldu, bəsdi.Nə qədər ağladı, göz yaşı tökdü,Nə qədər yanağı nəm oldu, bəsdi!
Haqdan qulağıma sədalar gəlir,Bir də Azərbaycan yeyilməyəcək!Müqəddəs adına bir də heç zaman,Kölə, müstəmləkə deyilməyəcək!!!
Haqdan qulağıma sədalar gəlir,Yer haqqı, göy haqqı, kainat haqqı,Bu ulu məmləkət, bu həyat haqqı,Nə qədər əyməyə çalışsalar da,Yenə Azərbaycan əyilməyəcək!
Nəsimi inadı bir toxum kimi,Yurdun hər yerində cücərməlidir!Sağlam toxumları sulayıb, səpib,Xalq öz torpağını becərməlidir!
Heç ola bilərmi, haqq unudula,Bizim olan Şuşa bizim olmaya.Heç ola bilərmi, tarix yaradam,Tarixə deməyə sözüm olmaya?!
İnana bilmirəm, mənim millətimTərtərsiz, Qarqarsız, Xaçınsız qala.İnana bilmirəm, Sultan bəy susa,Laçın oğulları Laçınsız qala!
Bizikmi bu qədər aciz görünən?İnana bilmirəm, yox, inanmıram.Dəysə də alnıma düşmən gülləsi,Batsa da gözümə ox, inanmıram!
İnana bilmirəm, arxayınlaşa,Baxmaq vərdiş ola qəbrə, tabuta.Hər gün basdırıla, hər gün qırıla,Keylik xəstəliyi bu xalqı tuta!
Yüz dəfə gözümü cəllad oysa da,Yüz dəfə dərimi düşmən soysa da,Lap fələk qarnını yerə qoysa da,Həqiqət boğazdan asılmayacaq!
Dərmanı tapacaq dərdin sahibi,Hər iman sahibi, hər din sahibi.Meydana çıxacaq yurdun sahibi,Bir küncə-bucağa qısılmayacaq!
Haqdı, həqiqətdi gözünün nuru,Allahın yanında vicdanı duru.Halal qələbəni, halal uğuru,Qoç ilə, qurbanla qarşılayacaq,Bu ulu məmləkət basılmayacaq!
Nurlu axşam düşər, qızıl dan olar,Qızıl sünbül bitər, qızıl dən olar,Millətin dirəyi qızıldan olar,Daşlar gül bitirər, qayalar çiçək,Bu gün yumruq kimi birləşə bilsək!
Bizə nə lazımdı?Ağız birliyi,Ağ bəxtə yol açan ağ üz birliyi,Qıpçaq qıvraqlığı, oğuz birliyi!Olsaydı Xətai – Yavuz birliyi,Axmazdı ildırım, çaxmazdı şimşək,Bu gün yumruq kimi birləşə bilsək!
Özü bir ziyarət, evi Hac olar,Ağıllı başçılar başda tac olar.Bir dərdə min dərman, min əlac olar,Yaddaşdan silinən ehtiyac olar,“Bir canda döyünər neçə min ürək!”Bu gün yumruq kimi birləşə bilsək!
Torpağa kimi qan, kimi tər verər,Ana oğul verər, qadın ər verər,Bu xalqın gücünə bələdəm, Allah,Təzədən dünyaya peyğəmbər verər!Könül bulandırmaz arada milçək,Bu gün yumruq kimi birləşə bilsək!
Dağı qan götürər, düzü qan tutar,Yaranı göynədən buzu qan tutar,Günah çoxaldıqca bizi qan tutar,Çatmaz hayımıza nə duz, nə çörək,Bu gün yumruq kimi biz birləşməsək!
Torpağın dalınca torpaq gedəcək,Ağacın dalınca yarpaq gedəcək,Qanımız getdisə, canımız gedib,Baş getdi, dalınca papaq gedəcək.Dünya şirinlikdən, daddan çıxacaq,Papaq unudulub yaddan çıxacaq,Ləçək bağlanacaq başlara, ləçək,Bu gün yumruq kimi biz birləşməsək!
Göydə tutulsa da gün ahımızdan,Tarix keçməyəcək günahımızdan.Nigaran qalmışıq bu günümüzdən,Bizim arxamızca gələn nəsillər,Nigaran qalacaq sabahımızdan.Çıxdı cızığından bəndələrimiz,Əlimiz üzüldü Allahımızdan.Yağsın üstümüzə lənət daşları,Yağsın başımıza göydən daş-kəsək,Bu gün yumruq kimi biz birləşməsək!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sair-harayi
← → düymələri ilə keçid, R — təsadüfi şeir